16 may 2024 10:58
278

Rəna Hümbətova: 2050-ci ilə qədər emissiyaların 40 faizə qədər endirilməsi əsas hədəflərimizdəndir

2050-ci ilə qədər emissiyaların 40 faizə qədər endirilməsi əsas hədəflərimizdəndir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Bərpa Olunan Enerji Agentliyinin Hidrogen və Yaşıl Texnologiyalar Departamentinin rəhbəri Rəna Hümbətova “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “COP29-un qurulmasında iqlim öhdəliklərinə yeni həyat nəfəsi” adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, azad edilən ərazilərdə sıfır emissiya zonası tərtib edilməsi düşünülür.

“Bərpaolunan enerji gücünü və enerji səmərəliliyini 2030-cu ilə qədər iki dəfə artırmağı hədəf götürdük. Azad edilən ərazilərdə kiçik su elektrik stansiyalarının yaradılması səmərəlidir. Növbəti illərdə də bu kimi stansiyalar istifadəyə veriləcək.

Bununla yanaşı, digər islahatlar da həyata keçiririk. Ölkənin bərpaolunan enerji atlasının hazırlanması nəzərdə tutulur. Biz bu istiqamətdə çox böyük addımlar atmışıq. Artıq informasiya sistemi tərtib olunur. 2026-ci ilə qədər informasiya sistemi istifadəyə tam yararlı olacaq”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.