Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq.
“İki sahil” xəbər verir ki, bununla bağlı AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
İclasda yubileyin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə Komissiya yaradılıb və Tədbirlər planı təsdiqlənib.