18 may 2024 00:47
717

Feniks kimi yox olur və yenidən peyda olur - Antarktidanın heyrətamiz çayı

Hər il "qiymətli" Oniks adlı çay Antarktidanın genişlikləri boyunca axmağa başlayır. Materikdə ən uzun çay olan Oniksin uzunluğu 30 kilometrdir. Cəmi iki ay - fevral və mart aylarında mövcud olur. Sonra donur, ancaq bir ildən sonra yenidən canlanır. Əgər, əlbəttə ki, yay buzların əriməsi üçün kifayət qədər isti olarsa.

Oniks “doğulmasını” Antarktida yayında baş verən buz və qarın əriməsinə borcludur. Havanın temperaturu sıfırdan çox aşağı düşəndə ​​və su donanda çay yox olur.

Oniksin sirri onun səviyyəsinin gün ərzində nə üçün çox dəyişməsindədir.

Viktoria torpaqındakı "əbədi" qış yerlərində, MakMurdonun quru vadilərində təmiz çaya heyran ola bilərsiniz. Qitənin bu hissəsi qitənin Yeni Zelandiya ilə üzbəüz olan tərəfində yerləşir.

Çayın yolunda göllər də var. Burada qar demək olar ki, yoxdur. Onu sürəti saatda 150 kilometrə çatan qasırğa küləkləri sovurur. Külək qayalı dərələri qurudur, onları Antarktika səhralarına çevirir.

Bu, qitənin necə deyərlər, oazislərindən biridir. Antarktidada orta temperaturun qonşu zonalara nisbətən bir neçə dərəcə yüksək olduğu ərazilərə belə ad verilir. Oazislərdə əsasən tədqiqat stansiyaları yerləşir. Alimlər canlı mikroorqanizmləri, yosunları və hətta bitkiləri tədqiq edirlər.

Nubar Süleymanova, “İki sahil”