18 may 2024 18:26
299

Yüksək Qızlar Liqası başa çatıb

AFFA-nın təşkil etdiyi Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vurulub.

“İki sahil” Assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, sonuncu – XVIII turda “İnter” (Xaçmaz) üzərində 14:0 hesablı qələbə qazanan “Neftçi” komandası yarışın qalibi olub.

“Sumqayıt” ikinci, “Baku Juniors” isə üçüncü yeri tutublar.

Oyundan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər də bəlli olub. “İnter”in futbolçusu Bədriyyə Mavludova mövsümün ən yaxşı oyunçusu, “Neftçi”nin üzvü Günay İsmayılova ən yaxşı qapıçısı seçilib. Mövsüm ərzində 77 qol vuran “Neftçi”nin oyunçusu Aysun Seydiyeva isə ən məhsuldar futbolçuya verilən mükafata sahib olub.

Qeyd edək ki, THY Futbol Mərkəzində təşkil edilən mərasimdə mükafatları AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova və “Neftçi” klubunun baş icraçı direktoru Fərrux Mahmudov təqdim ediblər.