18 may 2024 19:06
312

“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə

Misli Premyer Liqasının 35-ci turu çərçivəsində 3 oyun keçirilib

“İki sahil” xəbər verir ki, eyni vaxtda başlayan qarşılaşmanın sonunda "Neftçi" "Səbail"ə (3-0), "Sabah" "Sumqayıt"a (2-0), "Zirə" isə "Kəpəz" (0-1) üzərində vacib qələbə qazanıblar.

Beləliklə, Avropa kubokuna gedəcək ən azı daha 2 Azərbaycan komandası gələn həftə keçiriləcək son turda, bütün iştirakçıları isə ən geci kubokun "Qarabağ" - "Zirə" oyunundan sonra müəyyənləşəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək 1 oyunla yekun vurulacaq.

Misli Premyer Liqası,

35-ci turu

18 may

17:00 "Sabah" 2–0 "Sumqayıt"

Qol: Murad Xaçayev, 35-avtoqol, Anatoli Nuriyev, 90
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
“Bank Respublika Arena”

17:00 "Səbail" 0–3 "Neftçi"

Qol: Brayan Moreno, 69, Ata Caber, 79, Qara Qarayev, 83
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı
“ASCO Arena”

17:00 "Kəpəz" 0–1 "Zirə"

Qol: Salifu Suma, 49
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Kamal Umudlu
Tovuz şəhər stadionu