10 yanvar 2018 14:11
1817

Bir çinli orta hesabla 3,7 səfər edib

Ötən il Çin vətəndaşları ölkə daxilində 5 milyarddan çox turizm məqsədilə səfər edib. Hər bir çinliyə orta hesabla 3,7 səfər düşür.

AZƏRTAC xəbər verir ki, Çin Milli Turizm Administrasiyasının sədri Li Cincao Siamen şəhərində keçirilən konfransda ötən il Çində turizm sektorunun dövriyyəsinin 5,4 trilyon yuana (təxminən 832 milyard ABŞ dolları) çatdığını bildirib. Bu rəqəm əvvəlki illə müqayisədə 15 faizdən çoxdur.

Bildirilib ki, ötən il Çindən xaricə 129 milyon turizm səfəri reallaşıb. Çinli turistlərin əsas səfər etdikləri ölkələr Tailand, Yaponiya, ABŞ, İndoneziya, Sinqapur, Malayziya, Avstraliyadır.

Qeyd edək ki, bir neçə ildir xaricə turizm səfərlərinın sayına görə çinlilər dünyada birinci yeri tutur. Qlobal turizm gəlirinin 15 faizə yaxını çinli turistlər tərəfindən təmin edilir. Çinlilər arasında xaricə səfərlərin çoxalmasına səbəb son illər əhalinin gəlirlərinin artması və bir çox ölkələrin Çin vətəndaşları üçün viza rejimini sadələşdirməsidir.