21 may 2024 10:00
232

Dünya çempionatı: Zelim Tçkayev mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

“İki sahil” xəbər verir ki, 81 kq çəki dərəcəsində Zelim Tçkayev tatamiyə çıxacaq.

25 yaşlı idmançı ilk raundda İtaliya təmsilçisi Antonio Espozitonun müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Ötən gün Hidayət Heydərov (73 kq) dünya çempionu olub.