21 may 2024 11:50
259

Bakı Şəhər Halqası məktəblilər üçün tur təşkil edib

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilatçısı Bakı Şəhər Halqası məktəblilər üçün tur təşkil edib.

“İki sahil” xəbər verir ki, tədbir bu gün paddokda gerçəkləşib.

Onlar yarışa hazırlıq prosesi, pilotların mübarizə qaydaları ilə tanış olublar.

Məktəblilər Qran-prinin təşkilində vacib rol oynayan Yarış İdarəetmə Mərkəzinə də baş çəkiblər və pit zolağında gəzmək imkanı əldə edirlər. Burada onlar yarış rəsmilərinin hazırlığı və qaydalara nəzarətin ciddi həyata keçirildiyi məkanları əyani görməklə yanaşı, prosesin necə icra edildiyini dinləyiblər. Tur iştirakçıları komandaların yarış avtomobillərini hazırlıq vəziyyətinə gətirdiyi qarajlara da baxış keçirirlər.

Daha sonra məktəblilər üçün xüsusi hazırlanmış "Formula 1" bolidinin
maketi üzərində bolidin dizaynı nümayiş olunub, onun konstruksiyası barədə məlumat
verilib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-də baş tutacaq.