21 may 2024 12:12
227

"Bavariya" Tuhelə nə qədər təzminat ödəyəcək?

"Bavariya"nın baş məşqçisi Tomas Tuhellə yolları ayırdıqdan sonra ona təzminat ödəyəcək.

"İki sahil" xarici mətbuata istinadən xəbər verir ki, təzminat 10 milyon avrodan çox olacaq. Qeyd olunur ki, Tomas Tuhelin məşqçilər heyətinin maaşı 2025-ci ilin yayına qədər ödəniləcək.

Xatırladaq ki, daha əvvəl “Bavariya”nın komandanın baş məşqçisi Tomas Tuheli növbəti mövsümdə saxlamaq istədiyi məlum olmuşdu. Alman mütəxəssis "Bavariya"nın transfer siyasətinə real təsir göstərmək kimi bir sıra şərtlər qoyub. Mütəxəssis hansı futbolçuların satılmalı və hansının alınmalı olduğunu müstəqil müəyyənləşdirmək istəyir.