21 may 2024 12:30
227

Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyinə qatılacaqlar

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa birinciliyinə qatılacaqlar.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, yığma artıq sözügedən şəhərə yollanıb.

Sabah start götürəcək turnirdə 4 idmançı bacarığını göstərməyə çalışacaq. Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallı millinin məşqçiləri Mixail Timofeyev ilə Elnur Hidayətzadənin rəhbərliyi altında mübarizə aparacaqlar.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Zaur Mikayılov da Avropa birinciliyinə dəvət alıb.