21 may 2024 13:57
227

Belarusun ŞƏT-ə daimi üzv olacağı vaxt açıqlanıb

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çoxqütblü dünyanın əsasını təşkil edən birliklərdən biri olaraq qalır.

“İki sahil” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Astanada keçirilən ŞƏT XİN başçılarının iclasında bildirib.

Rusiya XİN başçısı Monqolustan ŞƏT-ə üzv olmaq üçün növbəti namizəd olduğunu söyləyib. Bildirib ki, Monqolustan təşkilatın məkanına təbii şəkildə uyğun gəlir.

Lavrov iyul sammitindən Belarusun ŞƏT-in daimi üzvü olacağını da qeyd edib.