23 may 2024 16:57
212

Azərbaycan-İran münasibətlərində yeni mərhələ

Azərbaycan və İran üçün mühüm iqtisadi əhəmiyyətə malik olan “Xudafərin” və “Qız Qalası” su qovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istifadəyə verilməsi 1988 ci ildə SSRİ ilə İran İslam Respublikası arasında əldə olunmuş razılaşma əsasında həyata keçirilməli olsa da məlum hadisələrə görə ləngidi.

2016-cı ilin fevralında Azərbaycan Respublikası və İran İslam Respublikası Hökümətləri arasında  Araz çayı üzərində “Xudafərin “və “Qız Qalası” su qovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi istismarı energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Sazış imzalanıb və Azərbaycan Respublikasının beynəlxalq səviyyədətanınmış ərazi bütövlüyünə hörmət bu sazişdə ən yüksək səviyyədə əks olunub.

Azərbaycan Ermənistanla olan problemi-2020-ci ildə hərbi-siyasi yolla, beynəlxalq hüquq çərçivəsində həll etdi. 2023-cü ildə lokal antiterror tədbirləri zamanı öz dövlət suverenliyini tam bərpa etdi. Hazırda azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində böyük quruculuq işləri başlayib. Belə bir zamanda “Xudafərin” və “Qız Qalası” su qovşaqlarının və su elektrik stansiyalarının istifadəyə verilməsi həmin bölgələrin qısa zaman kəsiyində dirçəlməsinə səbəb olacaq.

Su tutumu 1,6milyard kubmetr olan xudafərin və 56.75 milyon kubmetr su tutumuna malik qız qalası hidroqovçaqları həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan bu qovşaqlar paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq.

Onu da qeyd edək ki, əgər bölgədə sülh əmin-amanlıq sabitlik olmasa inkişafdan söhbət gedə bilməz. Azərbaycan bölgədə yeni reallıqlar yaratdı. Hazırda dünya dövlətləri bu reallıqla razılaşır və  hesablaşır. Azərbaycan bölgədə söz sahibir. Bölgədə sabitliyin bərqərar olunmasında İranın  da rolunu qeyd edən prezident İlham Əliyev bildirir: Biz İranın bu məsələyə dair dəstəyini alqışlayırıq. İran bölgədə sülhün sabitliyin təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir”

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu hadisənin ölkələr arasında qurulan dostluq münasibətlərinə müsbət təsirindən bəhs edərək bildirir: “Bu gün keçirilən mərasim dostluğumuzun növbəti təzahürüdür. Bu gün İran –Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dönya görür. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər hesab edirəm ki ən yüksək səviyyəyə qalxıb.”

İran və Azərbaycan prezidentləri heç vaxt sərhəddə görüşməmişdir.Bu hadisə həmin ölkələrin bir-birinə bəslədiyi isti münasibətin təzahürü idi. Cənab İlham Əliyev bu məsələyə öz çıxışında toxunaraq bildirir:”bugünkü mərasimin tarixi əhəmiyyəti o cümlədən ondadır ki ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşürlər. Bu bir daha onu göstərir ki bu sərhəd dostluq sərhəddidir. Qardaşlıq sərhəddidir.Qədim tarixdən gələn qarşılıqlı hörmət anlaşma dəstək hisləri bu gün  həm bu nəhəng layihədə aparılan danışıqlarda əldə edilmiş razılaşmalarda özünü göstərir. Eyni zamanda gələcək planlarımızda da özünü göstərəcək. Heç kim bizim aramıza girə bilməz.”

Həsən Mövlayev,
YAP Xətai rayon təşkilatının üzvü