28 may 2024 11:56
322

Boko Haram 10 nəfəri öldürüb və...

Boko Haram terrorçuları Nigeriyada Kuçi kəndinə hücum edib.

“İki sahil” xəbər verir ki, bu barədə “BBS Nyus” məlumat yayıb.

Terrorçular kəndin 160 nəfər sakinini qaçırıb, 10 nəfəri isə qətlə yetirilib.

Qaçırılanlar əsasən qadın və uşaqlar, öldürülənlər isə ərazidə təhlükəsizliyi təmin edənlərdir.