28 may 2024 12:42
223

Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb

Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində növbəti döyüşünə çıxıb.

Azərbaycan Boks Federasiyasından "İki sahil"ə verilən məlumata görə, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü 1/16 finalda Çol Man Çoe (Şimali Koreya) ilə qarşılaşıb.

Görüş 1:1 (30:27, 28:28, 28:28, 28:28, 28:29) hesabı ilə yekunlaşsa da, hakimlər boksçumuzu üstün hesab ediblər və Həsənov 1/8 finala vəsiqə qazanıb. O, növbəti döyüşündə Şion Nişiyama (Yaponiya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün Şamil Əsgərov (57 kq) və Zeynəb Rəhimova (54 kq) da rinqə çıxacaq.