"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq.
“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi müntəzəm mövsümün III turunda Fransanın "Nanter 92" kollektivini qəbul edəcək.
Qarşılaşma Milli Gimnastika Arenasında, saat 20:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan çempionu I turda səfərdə "Ritas"a (Litva) 73:82, II turda "Trabzonspor"a 83:100 hesabı ilə uduzub.