Mayın 29-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “AD Ports Group” şirkətinin əməliyyatlar üzrə direktoru, regional baş icraçı direktoru Əbdüləziz Zayed Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə şirkətlər arasında strateji tərəfdaşlığın önəmi qeyd olunub, xam neft, neft məhsullarının logistikası, infrastruktur layihələrində birgə iştirak və əməkdaşlıq məsələləri müzakirə edilib.
Tərəflər, həmçinin SOCAR və “AD Ports Group” arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR