Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Telegram kanalında yayımladığı video ilə bağlı 1 milyon rubl vəd edib.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunun üçün videoda Rusiya və Özbəkistan prezidentlərinin ona nə dediyini tapmaq lazımdır.
“Bu videoda Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mənə dediklərini ilk təxmin edən şəxs bir milyon rubl məbləğində hədiyyə alacaq. Ön şərt, ən ətraflı cavabı bu videonun altındakı şərhdə yazmaq və bu video materialı Telegam və ya Instagram-da hekayələrinizdə paylaşmaqdır”- deyə, Ramzan Kadırov bildirib.
Kadırov bildirib ki, onun çevrəsindən bəzi adamlar söhbətin nədən getdiyini bilirlər, lakin onlar düzgün cavabın sızmasının qarşısını alacaqlarına söz veriblər.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək