SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan BANM-in rektoru, Elmi Şuranın sədri Elmar Qasımov müzakirə olunacaq məsələləri diqqətə çatdırıb.
“İki sahil” xəbər verir ki, iclasda tələbələrə akademik Xoşbəxt Yusifzadə adına təqaüdün verilməsi, tədris proqramlarında nəzərdə tutulan fənlər üzrə müvafiq dərslik, dərs vəsaiti və digər tədris-metodiki ədəbiyyatla təminatının vəziyyəti, 2023/2024-cü tədris ilində tələbələrlə aparılacaq təlim-tərbiyə işləri və mədəni tədbirlər barədə müzakirələr aparılıb, məruzələr dinlənilib.
Sonra bu tədris ili üçün keyfiyyət hədəfləri müzakirə olunub və təsdiq edilib. Daha sonra cari məsələlərə baxılıb. Yekunda müzakirə edilən məsələlərlə bağlı ümumi səsvermə ilə yekdil qərar qəbul olunub.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR