Son zamanlar bitki mənşəli süd istehlakı əvvəlki illərə nisbətən artıb. İnək və keçi südü badam, kokos, kətan toxumu südü ilə əvəz olunur. Bəs bu içkilər nədir? Necə istehsal olunur? Həqiqətən südün alternatividirmi? Qidalandırıcı dəyəri varmı? Südün qidalandırıcı dəyərinə yaxındırmı?
Mütəxəssis Diyetoloq Selahattin Dönmez “Sabah”a açıqlamasında deyib ki, bitki mənşəli südlər əslində südün alternativi deyil, onun fizioloji tərkibini təqlid etməyə çalışan bitki tərkibli şirələrdir. Bunların inək südü və digər heyvan südlərinin qidalandırıcı tərkibinə çatması və ya yaxınlaşması mümkün deyil.
S. Dönmez qeyd edib ki, düyüdən yulafa, kətan toxumundan badama, fındıqdan kakosa qədər çox fərqli bitki mənşəli xammalın əvvəlcə suda saxlanması yaxud quru və yaş şəkildə üyüdülməsi nəticəsində filtrasiya edilərək əldə edilən məhsula bitki mənşəli süd deyilir. Rəngi südə bənzədiyi üçün süd olaraq adlandırılır.
Mütəxəssis vurğulayıb ki, badam yeyərkən aldığınız antioksidantlar, vitaminlər, minerallar, prebiotiklər badam içkilərində eyni effekti vermir. Bu həmçinin kətan, yulaf, düyüyə də aiddir. Bu səbəbdən, həm qatı olaraq, həm də tərkibinə görə inək südünə bənzəmək üçün onlara kalsium, B 12 və D vitaminləri ilə yanaşı müxtəlif vitaminlər və minerallar, yağ əlavə edilə bilər. Bir sözlə, bitki mənşəli südlər südün alternativləri deyil, əslində bitki mənşəli şirələrdir ki, onların qidalandırıcı və fizioloji tərkibini təqlid etməyə çalışırlar. Bu səbəbdən belə içkilərin inək və digər heyvan südünün tərkibindəki qida tərkibinə nəinki oxşaması, yaxınlaşması belə mümkün deyil.
Nigar Orucova, “İki sahil”