Ölkədə neft hasilatının azalmasının qarşısının alınması məqsədləri çərçivəsində "Azəri-Çiraq-Günəşli" neft-qaz yataqları blokunda istehsalatın aşağı düşmə templərini stabilləşdirmək əsas hədəfdir.
“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan "Stereotipləri qıraraq: Enerji həllərinin formalaşdırılması" paneli çərçivəsində bildirib.
"Birinci bizim hədəfimiz - azalma tempini stabilləşdirmək və ondan sonra bir müddət onu saxlamaqdır", - Babək Hüseynov qeyd edib.
Onun sözlərinə görə, qeyd olunan məqsədlərə çatdıqdan sonra SOCAR öz diqqətini yeni yataqların ("Qarabağ" yatağı-red.) işlənilməsinə yönəltməyi planlaşdırır.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR