Dopamin sinir sisteminə təsir edərək beyindəki mükafat mexanizmində kritik funksiyaya malikdir və çox vaxt xoşbəxtlik hissi ilə əlaqələndirilir. Bu birləşmə əhval-ruhiyyə, yaddaş, motivasiya və hərəkətə təsir edən bir hormon kimi də fəaliyyət göstərir. Bu funksiyalarda dopamin səviyyələri böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, Parkinson xəstəliyi, diqqət çatışmazlığı pozuntusu ilə yaxından əlaqəlidir.
Bəs, dopamin səviyyəsindəki qeyri-sabitliyi aradan qaldırmaq üçün bir üsul varmı? Dopamin detoksu nədir? Dopamin detoksunu necə tətbiq etmək olar? Daxili Xəstəliklər Mütəxəssisi Dr. Önder Özüm Polat, “İHA”ya açıqlamasında bu kimi suallara aydınlıq gətirib.
Mütəxəssis qeyd edib ki, həddindən artıq dopamin beynin bazal qanqliya bölgəsində dopaminin artması nəticəsində yaranır və insanın həddindən artıq aktiv və şən olması kimi vəziyyətlərdə özünü göstərə bilər. Bu vəziyyətin simptomlarına aşağıdakılar daxildir: Daim hərəkətə ehtiyac və yüksək enerji səviyyəsi, halüsinasiyalar, şizofreniya, asılılıq, emosional dalğalanmalar, yuxusuzluq, konsentrasiya və diqqəti toplamaqda çətinlik, stress, iştahın artması, həddindən artıq narahatlıq, empatiya qabiliyyətinin azalması, tiklər və idarəolunmaz hərəkətlər.
Necə balanslaşdıraq?
Dr. Önder Özüm Polat dopamin səviyyələrini balanslaşdırmaq üçün bəzi qidaların qəbulunu tövsiyyə edib. Belə ki, sarımsaq, kaju, qulançar, melisa otu və çobanyastığı çayınln qəbulu dopamini artırır. Banan, çiyələk, adi ərik, qaragilə, qatıq, pendir, balıq, hinduşqa əti, toyuq əti kimi qidaların istehlakı isə dopamini azaldır. Bu qidaların qəbuluna diqqət etməklə, dopamin səviyyəsini balanlaşdırmaq mümkündür.
Dopamin detoksu, asılılıq yaradan davranışlardan (fast-food qidalardan, sosial şəbəkələrdən və s.) bir müddət uzaqlaşmağı əhatə edən bir prosesdir. Burada məqsəd beyni “sıfırlamaq” və sağlam həyatdan zövq almağı təmin etməkdir.
Dopamin detoksu üçün tövsiyə olunan addımlar...
Bir həftə ərzində;
Sosial şəbəkələr, TV, filmlər, oyunlar və s. fəaliyyətlərdən uzaq durmaq,
Günün ilk saatlarında smartfonlardan istifadə etməmək,
Şəkər və şirin qidalardan uzaq durmaq,
Kofein və spirtli içkilərdən uzaqlaşmaq,
İdmanla məşğul olmaq, təbiətdə gəzintiləri,
Meditasiya və yaxud yoqa ilə məşğul olmaq,
Və son olaraq tənəffüs məşqləri etmək.
Nigar Orucova, “İki sahil”