11 iyun 2024 17:12
171

Britaniyada işsizlik son 2,5 ilin ən yüksək səviyyəsinə çatıb

Böyük Britaniyada faiz dərəcələrinin artırılmasından sonra ölkədə işsizlik kəskin şəkildə artaraq son 2,5 ilin ən yüksək səviyyəsinə çatıb.

“İki sahil” xəbər verir ki, bu haqda “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, özəl sektorda əməkhaqqının artımı ləngiyir və yeni iş yerlərinin sayı azalır.

Britaniyanın Milli Statistika İdarəsi işsizliyin 4,4%-ə çatdığını elan edib. Belə göstəricilər 2021-ci ilin ortalarından bəri müşahidə olunmayıb.