Rusiya qoşunları Ukrayna ərazisindən çıxarıldıqdan sonra Rusiyaya zərbələr endirmək üçün Qərb silahlarından istifadə edilməyəcək.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.
"Əgər bu zərbələr Rusiyada narahatlıq yaradırsa, sadəcə olaraq qoşunlarını çıxarsınlar", -deyə, nazir bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva Qərbin Kiyevi silahla təchiz etməsinə cavab olaraq bəzi ölkələrə uzaqmənzilli silahlar vermək hüququnu özündə saxlayır.
BMT Baş katibi dövlətləri Yaxın Şərqdəki atəşkəsi davamlı sülhə çevirməyə çağırıb