13 iyun 2024 15:19
205

Kreml G7 sammitinin gedişini diqqətlə izləyəcək - Peskov

Moskva İtaliyada keçiriləcək G7 sammitinin gedişini diqqətlə izləyəcək.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Əlbəttə, yaxından izləyəcəyik”,-deyə, o, müvafiq suala belə cavab verib.

Bundan əvvəl ABŞ prezidenti Co Baydenin G7 sammiti üçün İtaliyaya getdiyi məlum olub.

Ağ Ev İtaliyada keçiriləcək sammitdə G7-nin Rusiyaya qarşı sanksiyaları qəbul edəcəyini bildirib.