14 iyun 2024 00:45
255

Rusiya Ukraynanın itkilərini açıqladı - 841-ci gün

Rusiya müharibənin 841-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 613 təyyarəsi, 276 helikopteri, 25 653 PUA-sı, 528 zenit-raket kompleksi, 16 326 tank və digər zirehli texnikası, 1 337 reaktiv yaylım atəş sistemi, 10 393 artilleriya və minaatanı, 22 505 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.