21 iyul 2026 00:44
162

Nyu-Yorkda naməlum şəxs hökumət binası yaxınlığında yanğın törədib

ABŞ-nin Nyu-York şəhərinin mərkəzində, federal dövlət qurumlarının yerləşdiyi binanın yaxınlığında fişənglərin partladılması nəticəsində üç nəfər xəsarət alıb.

“İki sahil” "Pix News" telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 08:30-da (Bakı vaxtı ilə 16:30) baş verib.

Məlumata əsasən, şübhəli şəxs ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti, eləcə də Daxili Təhlükəsizlik Nazirliyinin bölmələrinin yerləşdiyi binanın yaxınlığında bir neçə fişəngi işə salıb.

Hadisə nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib. Onların sağlamlıq vəziyyəti ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. Daha bir nəfər isə yüngül xəsarət alıb və tibbi yardımdan imtina edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi saxlayıblar. Hadisənin başvermə səbəbləri araşdırılır.