15 iyun 2024 22:23
369

DİN Qəbələdə baş verən zəncirvari yol qəzası ilə bağlı məlumat yaydı - YENİLƏNİB

Qəbələdə zəncirvari yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “İki sahil”ə bildirilib ki, iyunun 15-də saat 18 radələrində Ağdaş-Qəbələ avtomobil yolunda Yaqub Rzayevin idarə etdiyi “Mercedes Vito” və Elşən Əliyevin idarə etdiyi yük avtomobili toqquşub.

Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 2005-ci il təvəllüdlü əcnəbi vətəndaş A.R.Abdullah aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, həmin nəqliyyat vasitəsindəki daha 3 nəfər sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Araşdırma aparılır.

***

Qəbələdə zəncirvari yol qəzası baş verib, iki əcnəbi turist ölüb.

“İki sahil” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qəbələ-Ağdaş avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki "Mercedes" markalı minik avtomobilinin və yük avtomobilinin toqquşması nəticəsində iki əcnəbi turist ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.