17 iyun 2024 18:57
788

AVRO-2024: Rumıniya Ukraynanı məğlub etdi

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda mübarizəyə start verilib.

“İki sahil” xəbər verir ki, I turun Rumıniya - Ukrayna oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

Görüşü İsveçdən olan Qlenn Nuberq idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya - Ukrayna oyununda hesab açılıb.

Rumıniyanın yığmasının heyətində Nikolae Stanku 26-cı dəqiqədə adını tabloya yazdırıb.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya - Ukrayna oyununda ikinci hissə start götürüb.

Rumıniya seçməsi hazırda hesabda öndədir - 1:0.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya - Ukrayna oyununda növbəti qol vurulub.

Rumıniya seçməsi üçüncü dəfə rəqibini məyus edib - 3:0.

57-ci dəqiqədə Denis Draquş fərqlənib.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında daha bir oyun baş tutub.

E qrupunun ilk matçında Rumıniya millisi Ukrayna ilə üz-üzə gəlib.

Qarşılaşma rumınların inamlı qələbəsi ilə bitib - 3:0.

26-cı dəqiqədə Nikolae Stanku, 53-cü dəqiqədə Razvan Marin, 57-ci dəqiqədə isə Denis Draquş fərqləniblər.

E qrupunun Belçika - Slovakiya görüşü bu gün, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.