20 iyun 2024 00:39
379

Məşhur qrupunun qurucusu həbs edildi

Məşhur "2rbina 2rista" qrupunun qurucusu Ranis Qaysin 10 gününü xüsusi təcridxanada keçirəcək.

"İki sahil" Rusiya mətbuatına istinadən xəbər verir ki, O, Moskva Şəhər Məhkəməsinin saytında nasist simvollarının açıq nümayişi ilə bağlı məqaləyə əsasən həbs edilib.

Preobrajenski Rayon Məhkəməsi musiqiçini Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsinin 1-ci hissəsi ("Nasist əşyalarının və ya simvollarının təbliği və ya ictimai nümayişi, və ya ekstremist təşkilatların atributları və ya simvolları) ilə ittiham edib.