23 iyun 2024 02:16
304

“N12” müxbiri İsrail polisi tərəfindən zorakılığa məruz qalıb

İsrailin “N12” xəbər agentliyinin müxbiri Yollan Koen şənbə günü gecə Tel-Əvivdə hökumət əleyhinə keçirilən etiraz aksiyasını işıqlandırarkən polis məmuru tərəfindən zorakılığa məruz qalıb.

“İki sahil” “The Yeruselim Post”a istinadla xəbər verir ki, hadisədən sonra İsrail Polisi üzrxahlıq bəyanatı verərək üzr istəyib: "Jurnalistlərin əməyi təqdirəlayiqdir və hadisələrin işıqlandırılmasında mühüm əhəmiyyət kəsb edir. Biz çalışacağıq ki, gələcəkdə oxşar halların təkrarlanmaması üçün onların öz işlərini təhlükəsiz şəkildə yerinə yetirmələrinə imkan yaradaq".

Məhərrəm Ağalaroğlu, “İki sahil”