24 iyun 2024 23:45
267

Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb

İyun ayının 24-də YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Şəhid valideyinləri, ictimaiyyət nümayəndələri Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək Şəhidlik zirvəsinə ucalmış Bayramov Elmin Elməddin oğlunun doğum günü ilə əlaqədar ailəsini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, görüşdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan Şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Qeyd edək ki, şəhid Bayramov Elmin Elməddin oğlu 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” “Cəsur döyüşçü “, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Allah rəhmət etsin! Ruhu şad olsun!