28 iyun 2024 08:48
150

İranlılar prezident seçir

İranda növbədənkənar prezident seçkiləri keçirilir.

“İki sahil” xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb.

İranın "Mellat", ISPA və "Shenaaxt" beyin mərkəzlərinin bütün seçki kampaniyası boyu keçirdiyi rəy sorğularının son nəticələrinə görə, dövlət başçısı postu uğrunda 4 namizədin yarışdığı seçilərdə hazırda Pezeşkian liderdir. Sonra cüzi fərqlə Cəlili və Qalibaf müvafiq olaraq ikinci və üçüncü yerləri tuturlar.

İranda 60 minə yaxın seçki məntəqəsi və 90 min səsvermə məntəqəsi fəaliyyət göstərir. Azı 344 dairə ölkədən kənarda olan vətəndaşlar üçün açıq olacaq.