30 iyun 2024 18:18
198

Cəlilabadda 51 yaşayış məntəqəsinin avtomobil yolları yenidən qurulacaq

Cəlilabad rayonunda 51 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının yenidən qurulması planlaşdırılır.

“İki sahil” xəbər verir ki, yolların ümumi uzunluğu 127 km təşkil edir.

Ümumilikdə isə, sözügedən yollar üzərində 55 min əhali yaşayır.

Yenidən qurma işlərinə maliyyə vəsaiti ayrılan kimi, növbəli şəkildə başlanacağı bildirilir.