30 iyun 2024 18:47
184

Pxenyan Cənubi Koreya, ABŞ və Yaponiyanın birgə hərbi təlimini pisləyir

Şimali Koreya Cənubi Koreya, ABŞ və Yaponiyanı son birgə hərbi təlimlərini qınayıb və öz suverenliyini qorumaq üçün hücumedici və böyük əks tədbirlər görəcəyini vəd edib.

“İki sahil”in məlumatına görə, rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin yaydığı məlumatda bildirilir ki, Şimali Koreya ABŞ-ın və onun müttəfiqlərinin hərbi bloku gücləndirmək üçün atdığı addımları heç vaxt nəzərdən qaçırmayacaq, əks tədbirlərlə dövlətin suverenliyini, təhlükəsizliyini, maraqlarını və regionda sülhü qətiyyətlə müdafiə edəcək.

Əks tədbirlərin nə olduğu açıqlanmayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”