02 iyul 2024 14:36
154

Orban ölkəsinin maraqlarını müdafiə edə bilən siyasətçidir - AÇIQLAMA

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Macarıstanın baş naziri Viktor Orbanın Kiyevə səfərini şərh edib.

“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.

“Hesab edirəm ki, burada Macarıstanın milli maraqları kontekstində deyil, Brüsselin maraqları kontekstində məsuliyyətlər üstünlük təşkil edəcək. Bu baxımdan Orban, əlbəttə ki, ölkəsinin maraqlarını çox möhkəm müdafiə edə bilən siyasətçi kimi tanınır”, - deyə, Peskov bildirib.

Orbanın Kiyevə səfərinin ölkənin Avropa İttifaqında sədrliyə başlaması ilə bağlı olduğu bildirilir.