04 iyul 2024 17:35
189

Azərbaycanın töhfəsi yüksək qiymətləndirilir

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iştirakçıları tərəfdaş dövlət kimi Azərbaycanın töhfəsini yüksək qiymətləndirirlər.

“İki sahil” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində "ŞƏT plus" iclasında çıxışı zamanı deyib.

“Biz Azərbaycanın təşkilat ilə əlaqələri gücləndirmək səylərinə böyük əhəmiyyət veririk”, - o bildirib.