02 iyul 2024 15:11
184

Gürcüstanda qırıcı qəzaya uğrayıb, Ölən var

Gürcüstanın Bolnisi rayonunda hərbi qırıcı qəzaya uğrayıb.

"İki sahil" bu barədə Gürcüstan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə Bolnisi rayonunun Disveli kəndində baş verib. Qəza nəticəsində bir nəfər həlak olub.

Hazırda hadisə ilə bağlı digər təfərrüat açıqlanmayıb.