02 iyul 2024 15:24
151

Orban Zelenskidən nə xahiş edib? - ÖZÜ AÇIQLADI

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, o, Ukrayna prezidenti Vladimir Zelenskidən sülh danışıqlarından əvvəl atəşkəs barədə düşünməyi xahiş edib.  

“İki sahil” xəbər verir ki, bu haqda “Kommersant” məlumat yayıb.

Orbanın fikrincə, bu, prosesi sürətləndirə bilər.

"Biz prezident Zelenskinin sülh təşəbbüslərini yüksək qiymətləndiririk və ondan danışıqlara başlamazdan əvvəl atəşkəs barədə düşünməsini xahiş etdik", - deyə, Macarıstanın baş naziri qeyd edib.

Orban vurğulayıb ki, Macarıstan fikir ayrılıqlarına baxmayaraq, Ukrayna ilə münasibətləri yaxşılaşdırmaq və ikitərəfli əməkdaşlıq sazişi imzalamaq istəyir.