02 iyul 2024 15:35
151

Keniyada etirazlar başlayıb

Keniyanın böyük şəhərlərində vergilərin artırılması ilə bağlı qanun layihəsinə etirazlar başlayıb.

“İki sahil” xəbər verir ki, bu haqda “Citizen” telekanalı məlumat yayıb.

Etirazçılar əvvəllər mübahisəli maliyyə qanun layihəsinin geri götürülməsi prosesinin təşəbbüskarı olan prezident Uilyam Ruttonun istefası üçün şüarlar səsləndirirlər.

Hüquq-mühafizə orqanları Nayrobi, Nakuru və Maiyaki Vey şəhərlərində etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Keniya ordusu Kisumuya zirehli maşınlar gətirib.