02 iyul 2024 18:48
178

İvitsa Oliç baş məşqçi təyin olunub

Xorvatiya millisinin sabiq futbolçusu İvitsa Oliç ölkəsinin U-21 yığmasına baş məşqçi təyin olunub.

“İki sahil” xəbər verir ki, 44 yaşlı mütəxəssis son olaraq Rusiyanın ÇSKA (Moskva) klubunu çalışdırıb.

Qeyd edək ki, İ.Oliç futbolçu karyerası ərzində Zaqreb "Dinamo"su, ÇSKA, həmçinin Almaniyada "Herta", "Bavariya", "Hamburq" və "Volfsburq" klublarında çıxış edib.