04 iyul 2024 15:01
188

Ukraynaya məxsus MiQ-29 təyyarəsi məhv edilib - Rusiya Müdafiə Nazirliyi

Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat zamanı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini məhv edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi yerli aerodromda məhv edilib", - deyə, məlumatda deyilir.

Rusiya Silahlı Qüvvələri həmçinin Ukrayna hərbi-sənaye kompleksinin iki müəssisəsini, bir neft emalı zavodunu və Ukrayna Silahlı Qüvvələrinin hərbi hissələrini təchiz edən yanacaq anbarını vurub.