07 iyul 2024 14:59
189

5 terrorçu zərərsizləşdirilib

Ölkə daxilində və sərhəddən kənarda terrora qarşı aramsız mübarizə aparan Türkiyə ordusu İraq və Suriyada ümumilikdə 5 PKK terrorçusunu zərərsizləşdirib.

“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, İraqın şimalındakı Qəndil bölgəsində 2, Suriyanın şimalında isə “Fərat Qalxanı” və “Zeytun budağı” bölgələrində 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”