04 iyul 2024 23:13
178

Merih Demiral cəzalanıb? - Türkiyə Futbol Federasiyası təkzib edir

Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərən Türkiyə yığmasının üzvü Merih Demiralın cəzası açıqlanıb.

“İki sahil” "Bild"ə istinadla xəbər verir ki, 26 yaşlı 2 oyunluq diskvalifikasiya olunub.

UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı.

Amma Türkiyə Futbol Federasiyası bu xəbəri təkzib edib.

Qeyd edək ki, "ay-ulduzlular" iyulun 6-sı, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.