Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 mərhələsində İspaniya yığmasına məğlub olan meydan sahiblərinin azarkeşləri ilə ingiltərəli fanatlar arasında dava düşüb.
“İki sahil” xəbər verir ki, buna İngiltərə millisinin azarkeşlərinin almaniyalı həmkarlarını ələ salması səbəb olub.
İngiltərəli azarkeşlər yerli fanatları Almaniyanın mübarizəni dayandırmasına görə ələ salıb, onları təhqir edən mahnılar və İspaniyanı dəstəkləyən şüarlar səsləndiriblər. Bu, fanatların bir-birinə plastik qablar atmasına və davaya çevrilməsinə səbəb olub. Nəticədə hadisəyə polislər müdaxilə etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, İspaniya yığması Almaniyanı 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala vəsiqə qazanıb.
Macarıstanda elektron siqaretdən istifadə ilə əlaqədar ağciyər transplantasiyası həyata keçirilib
Böyük Britaniyanın Baş naziri Aİ ilə sərbəst hərəkət rejiminin bərpasını müzakirə etməyə hazır olduğunu açıqlayıb
Şahzadə Harrinin həyat yoldaşının atasına göndərdiyi məktubun təfərrüatları məlum olub