07 iyul 2024 10:59
240

Fransada iqtisadi vəziyyətlə bağlı BƏDBİNLİK

İyulda fransızların iqtisadi əhval-ruhiyyəsi -6 indeks civarında tənəzzül edib. Fransızların 78 faizi ölkələrinin iqtisadi vəziyyətinin gələcəyinə inamsız olduqlarını deyirlər.

“İki sahil” xəbər verir ki, Odoxa ictimai rəy mərkəzinin keçirdiyi sosial sorğu zamanı fransızlar qanunvericilik seçkilərində ilk 3 əsas partiyanın (ifrat sağçılar, solçuların allyansı və makronistlər) hər birinin qələbəsinin ölkənin vəziyyətinə, xüsusilə də, onun alıcılıq qabiliyyətinin təkamülü, məşğulluq və ya dövlət borcunun azaldılması kimi qlobal iqtisadi vəziyyətinə mənfi təsir göstərəcəyini bildiriblər.

Öz şəxsi iqtisadi vəziyyətlərinə gəlincə, fransızlar düşünürlər ki, üç partiyadan hər birinin qələbəsi onlar üçün müsbətdən daha çox mənfi rol oynayacaq. Respondentlər düşünürlər ki, Milli Birlik digərlərindən daha az qorxuludur.

Fransızlar alıcılıq qabiliyyəti, məşğulluq və hətta dövlət borcu və büdcə kəsirinin azaldılması ilə bağlı səmərəli iqtisadi siyasət baxımından ən çox ifrat sağçılara etibar edirlər. Fransanın cəlbediciliyi baxımından Milli Birlik partiyası 2-ci yerdədir. Makronçular məşğulluq və borcun azaldılması üzrə 2-ci, Fransanın cəlbediciliyinə görə 1-ci və alıcılıq qabiliyyətinə görə isə 3-cü yerdə olub.