07 iyul 2024 12:15
189

36 saat yağan yağış torpaq sürüşmələrinə səbəb oldu

Nepalda son 36 saat ərzində leysan torpaq sürüşmələri və daşqınlara səbəb olub, nəticədə azı 11 nəfər ölüb.

“İki sahil” xəbər verir ki,  bu barədə "Reuters" məlumat yayıb.

Bununla yanaşı, 12 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Daha 8 nəfərin itkin düşdüyü bildirilir.

Əlverişsiz hava şəraiti ilə əlaqədar əsas magistral yollar da bağlanıb, çaylarda suyun səviyyəsi kəskin şəkildə artıb və sakinlərə mümkün daşqınlar barədə xəbərdarlıq edilib.

Xatırladaq ki, Nepalda güclü musson yağışları iyunun 10-da başlayıb. Bu müddət ərzində təbii fəlakətlərlə bağlı ümumilikdə 147 hadisə qeydə alınıb.