07 iyul 2024 12:32
270

Livan ərazisindən İsrailə onlarla raket atılıb

Livan ərazisindən İsrailə onlarla raket atılıb.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Raket hücumu nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat açıqlanmayıb.

Qeyd edək ki, raket hücumu dünən Hizbullah Hərəkatının tanınmış nümayəndələrindən birinin pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində öldürülməsinə cavab sayılır.