07 iyul 2024 14:30
281

DİM: 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub

II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə qəbul imtahanı başa çatıb.

“İki sahil” DİM-ə istinadən bildirir ki, 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.