07 iyul 2024 14:32
287

Sabahdan DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq

II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə qəbul imtahanı başa çatıb.

“İki sahil” DİM-ə istinadən bildirir ki, iyulun 8-dən etibarən imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.