07 iyul 2024 15:33
286

Karlos Jatoba: İlk 2 oyun çox önəmlidir

“İstənilən futbolçu yeni çağırışlara hər zaman hazır olmalıdır. Təklif alanda qısa araşdırma apardım, komanda maraq yaratdı. Planlarla tanış oldum, klubun böyümək istiqamətində çalışdığını gördüm. İddialı olmasını bəyəndim”.

“İki sahil” xəbər verir ki, bunu klubun mətbuat xidmətinə , “Araz-Naxçıvan”ın braziliyalı yarımmüdafiəçi Karlos Jatoba deyib.

Bir neçə gündür Bakı olduğunu deyən futbolçu şəhəri heyrətamiz adlandırıb: “Burada olmaqdan xoşbəxtəm”.

Karlos Jatoba, uğur qazanmaq üçün birlik olmağın önəmini vurğulayıb: “Yaxşı məşqçilər korpusu və futbolçu heyətimiz var. Əgər bir olsaq, bir-birimiz üçün meydanda “döyüşsək”, mübarizə aparsaq, sığortalaya bilsək yaxşı nəticələr qazanacağıq”.

K. Jatoba Azərbaycan çempionatı haqda da danışıb: “Son mövsümün gərgin keçdiyini bilirəm. Premyer Liqanda oyun sayı çoxdur. Buna görə də yaxşı hazırlaşmalıyıq. Bunun öhdəsindən gələ biləcək fiziki hazırlıq məşqçimiz var. Onun tapşırıqlarını icra etməklə fiziki planda yaxşı hazırlaşa biləcəyimizi düşünürəm. Çempionatın ilk 2 turu isə çox önəmlidir. Rəqibin kimliyindən asılı olmayaraq hər iki matçda qələbə qazanmalıyıq”.

Xatırladaq ki, “Araz-Naxçıvan” braziliyalı yarımmüdafiəçi Karlos Jatoba ilə müqavilə imzalayıb. Yarımmüdafiəçi artıq 3 gündür komandanın düşərgəsindədir və məşqlərdə iştirak edir.